2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 noyabr 2015-ci il tarixli 148 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Hüseyn Pənah Çodar oğlu 8 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/88 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyası protokolunun ləğv edilməsi, hazırkı müraciətinə özünün və səlahiyyətli nümayəndələrinin iştirakı ilə baxılması, seçki dairəsi üzrə səslərin yenidən sayılması, seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığı halda seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

                                                          

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququ izah edilmişdir. Deputatlığa namizəd araşdırmada iştirak etmiş, seçki məntəqələrində baş verməsi ehtimal edilən qanun pozuntuları ilə bağlı tərtib edilmiş aktların və digər sənədlərin əsilləri onun tərəfindən araşdırmaya təqdim edilmişdir. Lakin ərizəçi Mərkəzi Seçki Komissiyasının iclasına dəvət edilsə də, o, iclasda iştirak etməmişdir.

P.Ç.Hüseyn müraciətində göstərir ki, 63 saylı Sabirabad birinci seçki dairəsinin dairə seçki komissiyasına verdiyi 4 noyabr 2015-ci il tarixli müraciəti dairə seçki komissiyası tərəfindən araşdırılarkən araşdırmada onun və səlahiyyətli nümayəndələrin iştirakı təmin edilməmiş, şikayətdə iddia olunan qanun pozuntularını təsdiq edən maddi sübut və dəlillər dairə seçki komissiyası tərəfindən qəbul olunmamış, “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Quluzadə Novruz Misir oğlu iclasa yalnız bir saat qalmış dəvət edilmiş, dairə seçki komissiyasının qərarı komissiya üzvləri tərəfindən müzakirə olunmamış, səlahiyyətli nümayəndəyə söz verilməmiş və nəticədə əsassız olaraq dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/88 saylı qərarı ilə onun müraciəti əsassız olaraq təmin edilməmişdır.

Bununla yanaşı o, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokollarının məlumat lövhəsindən asılmamasını, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyaları protokollarının onun müşahidəçilərinə verilməməsini, 2 noyabrda dairə seçki komissiyasına, 3 noyabrda isə Mərkəzi Seçki Komissiyasına həmin protokolların və digər seçki sənədlərinin ona verilməsi barədə müraciət etdiyini, lakin hələ də cavab almadığını göstərmiş, dairə seçki komissiyasının apardığı araşdırma zamanı onun nümayəndələrindən izahat alınmadığını əsas gətirərək, seçkidə iştirak etmiş digər namizədlərdən, müşahidəçilərdən alınmış izahatların, tərtib edilmiş aktların saxta olduğunu, habelə seçki məntəqələrində onun və Yeni Azərbaycan Partiyasının müşahidəçilərindən başqa heç bir namizədin və siyasi partiyanın müşahidəçilərinin olmadığını iddia etmiş, onun tərəfindən seçkidə iştirak edən şəxslərə, eləcə də komissiya üzvlərinə qarşı kobudluq edilməsi və bununla bağlı polisə müraciət olunması ilə əlaqədar iddiaların heç bir əsası olmadığını, 13 saylı seçki məntəqəsində onun və “AZADLIQ-2015” siyasi partiyalar blokunun müşahidəçiləri tərəfindən səsvermənin gedişinin pozulmasına cəhdlərlə bağlı iddiaların əsassızlığını qeyd etmiş, seçki günü məntəqə və dairə seçki komissiyalarının seçicilərin səsvermədə iştirak sayına dair yuxarı seçki komissiyasına ötürdükləri məlumatların onun müşahidəçiləri tərəfindən əldə edilmiş məlumatlara uyğun gəlmədiyini əsas gətirərək, eləcə də digər namizədlərin müxtəlif seçki məntəqələri üzrə topladıqları səsləri şübhə altına alaraq səslərin təkrar hesablanmasını, yoxlama nəticəsində seçicilərin seçkidə ifadə etdikləri həqiqi rəylərinin müəyyən edilməsinin mümkün olmaması aşkarlanarsa, seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmasını tələb etmişdir.

Şikayətdə göstərilən halların hərtərəfli araşdırılması və iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq müvafiq araşdırma aparılmışdır.

Araşdırma zamanı dairə seçki komissiyası sədrinin izahatından görünür ki, P.Ç.Hüseyn 4 noyabr 2015-ci il tarixdə müraciətini dairə seçki komissiyasına təqdim etdikdən sonra dəfələrlə dairə seçki komissiyasına gəlmiş, müraciətin araşdırılması və ona baxılması ilə bağlı məlumatlı olmuş, lakin iclasda iştirak edə bilməyəcəyni bildirmiş, buna görə “AZADLIQ-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Quluzadə Novruz Misir oğlu müraciətin baxılacağı iclasa dəvət edilmiş və onun iclasda iştirakı təmin edilmişdir. Araşdırmanın nəticəsində hazırlanmış qərar layihəsi təqdim edilərkən 10 seçki məntəqəsi üzrə araşdırmanın nəticələri oxunduqdan sonra komissiya üzvlərinin təklifi ilə digər seçki məntəqələri üzrə olan araşdırmaların da eyni məzmun və xarakterli olması nəzərə alınaraq layihənin yalnız qərar hissəsinin oxunması təkilf edilmiş və qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir. N.M.Quluzadə iclasda iştirak etsə də, qərar layihəsinə dair irad və təklif bildirməmiş, qərarın tezliklə ona verilməsini istəmişdir.

Məntəqə seçki komissiyaları protokollarının maraqlı şəxslərə verilməsi və qanunuvericiliklə müəyyən olunmuş qaydada asılma yolu ilə ictimailəşdirilməsi məsələsinə gəldikdə isə araşdırma ilə müəyyən edilmişdir ki, protokollar tərtib edildikdən dərhal sonra onların surətinin əldə edilməsi mümkün olmuş, habelə qanunvericiliklə müəyyən edilmiş müvafiq yerlərdən asılmaqla ictimailəşdirilmişdir. Bu hallar həmin dairə üzrə digər qeydə alınmış namizədlər Ağayev Səid Nizami oğlu, Usubov Araz Rəşid oğlu, Mirzəyev Kamran Adil oğlu, Mövludov Bəxtiyar Hafiz oğlu, həmçinin müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə seçkidə iştirak edən çoxsaylı müşahidəçilərin izahatları ilə də öz təsdiqini tapmışdır.

İddiaçının məntəqə seçki komisiyası protokollarının surətlərinin onun tərəfindən əldə edilməsi hüququnun məhdudlaşdırılması halı da araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Dairə seçki komissiyasından təqdim olunmuş akta və dairə seçki komissiyası sədrinin izahatına görə səlahiyyətli nümayəndə N.M.Quluzadə məntəqə seçki komissiyası protokollarının əldə edilməsi ilə bağlı dairə seçki komissiyasına müraciət etmiş və bunu bütün məntəqələrə getmək imkanının olmaması ilə əsaslandırmışdır. Dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyaları protokollarının surətlərinin ona vermək üçün hazırlanması müəyyən vaxt tələb etdiyindən, o, vaxtının məhdudluğunu əsas gətirərək dairə seçki komissiyasının binasını tərk etmişdir.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin iddia edilən sübutlarının (aktlar, müraciətlər, videodisk) onun ərizəsinə əlavə edilməsi və poçtla dairə seçki komissiyasına göndərilməsində də heç bir maneə olmamışdır.

Ayrı-ayrı namizədlərin müxtəlif seçki məntəqələrində fərqli sayda səs toplamalarını (doğulduğu yerdə yerləşən seçki məntəqəsi üzrə az, digər yerlərdə yerləşən seçki məntəqələri üzrə isə daha çox səs) əsas götürməklə, habelə səsvemədə iştirak etmiş seçicilərin sayının heç bir əsas olmadan mübahisələndirilməsi səslərin təkrar sayılması üçün ciddi əsas ola bilməz.

Araşdırma prosesində ərizəçi tərəfindən təqdim edilmiş bütün sənəd və materiallar qiymənləndirilərkən məlum olmuşdur ki, əslində müxtəlif aktlar şəklində tərtib edilən, bu və ya digər qanun pozuntusunun olmasını özündə ehtiva etməsi iddia edilən həmin sənəd və materiallar dairə seçki komissiyasına təqdim edilməsə də, onlar ərizəçinin dairə seçki komissiyasına təqdim etdiyi ərizəsində müfəssəl şəkildə göstərildiyindən tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Müraciətə əlavə edilmiş videodisk müvafiq qaydada təqdim edilmədiyindən sübut kimi qiymətləndirilə bilməz.

Araşdırma zamanı müəyyən edilmişdır ki, 63 saylı Sabirabad birinci seçki dairəsinə daxil olan 35 seçki məntəqəsində səsvermə günü müxtəlif siyasi partiyaları, “AZADLIQ-2015” siyasi partiyalar blokunu və digər müxtəlif maraqları təmsil edən 688 müşahidəçi iştirak etmişdir.

Ərizəçinin, müxtəlif şəxslər tərəfindən Rayon Polis Şöbəsinə edilmiş müraciətlərin dairə seçki komissiyasının qərarında əksini tapmasını mübahisələndirməsi zahirən diqqət cəlb etsə də, əslində bu, P.Ç.Hüseynin hüquqlarının pozulması kimi qiymətləndirilə bilən heç bir hüquqi nəticə yaratmamışdır. Belə ki, nə dairə seçki komissiyası, nə də digər səlahiyyətli orqanlar tərəfindən bu hallarla bağlı hüquqi nəticələr yaradan hər hansı bir fəaliyyət həyata keçilməmişdir.

Seçki məntəqələrində səs vermiş seçicilərin sayı ilə səsvermənin nəticələri haqqında protokolda qeyd edilən seçici sayı arasında fərqlərin olmasının P.Ç.Hüseynin maraqlarının təmsilçisi olan bəzi müşahidəçilər tərəfindən iddia edilməsi araşdırma prosesində həmin vaxt eyni məntəqələrdə müşahidə aparmış çoxsaylı digər subyektlər tərəfindən, habelə seçici siyahısında bülleten almış seçicilərin sayı ilə rəsmi protokoldakı rəqəmlərin üst-üstə düşməsi, eləcə də digər prosedur qaydaların nəticələri ilə təkzib olunur.

Araşdırma zamanı 13 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edildiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən şikayətin qismən təmin edilməsi və həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.

Aparılmış araşdırma belə qənaətə gəlməyə əsas verir ki, 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə keçirilən seçkilər zamanı 13 saylı seçki məntəqəsi üzrə seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edildiyindən səsvermənin nəticələri etibarsız hesab edilməli, həmin seçki dairəsi üzrə digər seçki məntəqələrində şikayətdə göstərilən qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, seçki dairəsi üzrə səslərin yenidən sayılmasına hüquqi əsas yaranmadığından, səsvermənin keçirilməsi və ya onun nəticələrinin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkar edilmədiyindən deputatlığa qeydə alınmış namizəd P.Ç.Hüseynin müraciəti qalan hissədə əsassız olduğundan təmin edilməmədir.

Beləliklə, P.Ç.Hüseynin 8 noyabr 2015-ci il tarixli 148 saylı müraciəti qismən təmin edilməli, 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, qalan hissədə müraciət əsassız olduğundan təmin edilməməlidir. 63 saylı Sabirabad birinci seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/88 saylı qərarı qismən, 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə münasibətdə ləğv edilməli, həmin qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cü, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Hüseyn Pənah Çodar oğlunun 8 noyabr 2015-ci il tarixli 148 saylı müraciəti qismən təmin edilsin, 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, qalan hissədə müraciət əsassız olduğundan təmin edilməsin.

2. 63 saylı Sabirabad birinci dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 25/88 saylı qərarı qismən, 13 saylı seçki məntəqəsinə münasibətdə ləğv edilsin, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 Noyabr 2015, 09:11

http://www.azertag.net

1671—1680 / 10511

31 Dekabr 2020, 15:12

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 Dekabr 2020, 15:12

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 Dekabr 2020, 15:12

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 Dekabr 2020, 15:12

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 Dekabr 2020, 15:12

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 Dekabr 2020, 15:12

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

31 Dekabr 2020, 15:12

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

31 Dekabr 2020, 15:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 Dekabr 2020, 15:12

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 208-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

31 Dekabr 2020, 15:12

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...