2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 noyabr 2015-ci il tarixli 140 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Akif Nağı Qazax oğlu 2015-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia edərək səsvermənin nəticələrinin ləğv edilməsini və təkrar seçkilərin keçirilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma zamanı A.Q.Nağı 6 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək şikayətindən imtina etdiyini və müraciətin araşdırılmasına xitam verilməsini xahiş etmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Akif Nağı Qazax oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 noyabr 2015-ci il tarixli 140 saylı müraciətinin araşdırılmasına xitam verilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

10 Noyabr 2015, 08:11

http://www.azertag.net

4731—4740 / 10511

25 Oktyabr 2017, 09:10

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

24 Oktyabr 2017, 09:10

Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

23 Oktyabr 2017, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

23 Oktyabr 2017, 09:10

Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Oktyabr 2017, 09:10

X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

Ş.S.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

N.H.Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

19 Oktyabr 2017, 09:10

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ   ətraflı...