Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilsin.
Maddə 2. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilsin. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il.
3 Noyabr 2015, 09:1124 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...