“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2011-ci il 19 may tarixli Qərarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il mayın 19-da Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurası haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə” Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Qərarı (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 1 ci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 fevral 2014-cü il.

26 Fevral 2014, 09:02

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...