“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti:
1.1. Nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etməklə Layihələrin səmərəli idarə olunmasını təmin etsin;
1.2. Layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu:
2.1. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etsin;
2.2. Cəmiyyətə Layihələr üzrə bu Sərəncamın 1.2-ci bəndinə əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etsin.
3. Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunsun.
4. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilsin və həmin səhmlər üzrə dividendlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.
5. Bu Sərəncamın 2.2-ci bəndinə əsasən Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün Layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.
6. Dövlət Komissiyası bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2014-cü il.
26 Fevral 2014, 09:02
19 Fevral 2015, 09:02
"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Fevral 2015, 09:02
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
17 Fevral 2015, 09:02
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1176-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 Fevral 2015, 09:02
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...