“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti:
1.1. Nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etməklə Layihələrin səmərəli idarə olunmasını təmin etsin;
1.2. Layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu:
2.1. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etsin;
2.2. Cəmiyyətə Layihələr üzrə bu Sərəncamın 1.2-ci bəndinə əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etsin.
3. Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunsun.
4. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilsin və həmin səhmlər üzrə dividendlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.
5. Bu Sərəncamın 2.2-ci bəndinə əsasən Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün Layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.
6. Dövlət Komissiyası bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2014-cü il.
26 Fevral 2014, 09:02
3 Noyabr 2017, 05:11
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların SİYAHISI ətraflı...
3 Noyabr 2017, 05:11
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında ətraflı...
3 Noyabr 2017, 05:11
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
3 Noyabr 2017, 05:11
“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
3 Noyabr 2017, 05:11
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında ətraflı...
3 Noyabr 2017, 05:11
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
3 Noyabr 2017, 05:11
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmiryol daşımaları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
3 Noyabr 2017, 05:11
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
3 Noyabr 2017, 05:11
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 1422 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
3 Noyabr 2017, 05:11
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...