2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 oktyabr 2015-ci il tarixli 112 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sultanov Yusif Nəbi oğlu 28 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsi yolu ilə hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

                                                              

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd Y.N.Sultanov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin seçki dairəsi ərazisində seçicilərin imzalarını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının qeyri-obyektiv qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Y.N.Sultanovun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 16/53 saylı qərarında imtinanın əsası kimi onun tərəfindən xüsusi seçki hesabının açılmaması, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması, həmçinin Seçki Məcəlləsinin 58.1.4-cü, 58.1.5-ci və 60.2.2-ci maddələrinə istinad edilməklə gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə müvafiq sənədlərin olmaması göstərilmişdir. Belə ki, onun tərəfindən gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə müvafiq sənədlər və ilkin maliyyə hesabatı dairə seçki komissiyasına təqdim edilməmişdir.

Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. O, şikayətini müdafiə etdiyini, üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 29 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, Y.N.Sultanovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 10 imza vərəqəsində olan 500 seçici imzasından 419-u etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Araşdırma zamanı 92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasından təqdim olunan sənədlərdən görünür ki, dairə seçki komissiyası tərəfindən Y.N.Sultanova həm 2015-ci il sentyabrın 12-də onun namizədliyinin irəli sürülməsi təsdiq olunan zaman, həm 2015-ci il oktyabrın 1-də qeydə alınma üçün seçki sənədlərini dairə seçki komissiyasına təqdim edərkən, həm də 2015-ci il oktyabrın 4-də Seçki Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə uyğun olaraq namizəd kimi qeydə alınması məsələsinə baxılacaq iclasdan əvvəl müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, Seçki Məcəlləsinin 58.1.4-cü, 58.1.5-ci və 58.1.6-cı maddələrində nəzərdə tutulmuş gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə müvafiq sənədləri və namizədin ilkin maliyyə hesabatını dairə seçki komissiyasına təqdim etməmişdir.

Y.N.Sultanov bu hərəkətsizliyi ilə Seçki Məcəlləsinin 58.1.4-cü, 58.1.5-ci və 58.16-cı maddələrinin tələblərini pozmuşdur. Buna görə də onun namizəd kimi qeydə alınmasından imtina üçün digər bir hüquqi əsas yaranmışdır. Belə ki, Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə görə, bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması namizədliyin qeydiyyatından imtina üçün əsasdır.

92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyası üzvlərinin həmin seçki dairəsindən namizədliyi irəli sürülmüş Y.N.Sultanovun iştirakı ilə tərtib etdikləri 6 oktyabr 2015-ci il tarixli aktdan görünür ki, 5 oktyabr 2015-ci il tarixdə dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun protokol və rəyinin ona təqdim olunması və 6 oktyabr 2015-ci il tarixdə namizəd kimi qeydə alınma məsələsinə baxılacaq iclasın vaxtı barədə məlumat verilməsi üçün o, dairə seçki komissiyasına dəvət edilmişdir. Lakin rayondan kənarda olduğuna görə gələ bilməyəcəyini, qeyd edilən sənədləri ertəsi gün, yəni iclas günü götürəcəyini bildirmişdir. Həmin sənədlər 6 oktyabrda iclasda iştirak edən Y.N.Sultanova təqdim edilmişdir. Bu hal da onun şikayətinin əsassız olduğunu göstərir.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, Y.N.Sultanovun namizəd kimi qeydə alınmasından imtinaya dair 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 16/53 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sultanov Yusif Nəbi oğlunun 28 oktyabr 2015-ci il tarixli 112 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 16/53 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

30 Oktyabr 2015, 09:10

http://www.azertag.net

11—20 / 10511

23 May 2023, 14:05

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri S.A.Hacıyevin iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

S.A.Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

S.Q.Mərdəliyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

S.Q.Mərdəliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

23 May 2023, 14:05

E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2023, 14:05

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

7 May 2023, 10:05

Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Aprel 2023, 12:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...