2015-cİ il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 oktyabr 2015-ci il tarixli 110 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 52 saylı Quba seçki dairəsi üzrə qeydə alınmış namizəd İsayev Zahir Qəzənfər oğlu 27 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər tərəfindən seçkiqabağı təşviqatın seçki qanunvericiliyinin tələblərinin pozmaqla aparıldığını, namizədliyinin geri götürülməsi üçün ona təzyiqlər olduğunu bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

                                

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci 2-ci, 4-cü, 6-cı, 7-ci hissələrinə və 8.6-cı bəndinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 52 saylı Quba seçki dairəsi üzrə qeydə alınmış namizəd İsayev Zahir Qəzənfər oğlunun 27 oktyabr 2015-ci il tarixli 110 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

29 Oktyabr 2015, 09:10

http://www.azertag.net

7671—7680 / 10511

26 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Noyabr 2015, 09:11

Ə.T.Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

A.H.Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

S.İ.Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

A.Q. Abiyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında   ətraflı...