2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 oktyabr 2015-ci il tarixli 108 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Fərzulla Xasay Səfər oğlu və müşahidəçi Baxışov Rüfət Əlizaman oğlu 26 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək qeydə alınmış namizədin seçkiqabağı təşviqatına ərazi icra nümayəndəsinin müdaxilə etməsi ilə əlaqədar dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı həmin komissiyanın qanunsuz hərəkətsizliyini mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş şəxslər şikayətlərində göstərmişlər ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsinin ərazisi üzrə Lürən kəndində seçicilərlə müəyyən olunmuş yerdə seçkiqabağı görüş keçirdikdən sonra həmin yerdən kənarda kənd sakinləri ilə söhbət edərkən kənd icra nümayəndəsi namizədə bu cür görüşün keçirilməsinin yalnız rəsmi ayrılmış yerdə mümkün olmasını və burada görüş keçirə bilməyəcəyini bildirmişdir. Onlar icra nümayəndəsinin bu hərəkətini qeydə alınmış namizədin seçkiqabağı təşviqat hüququna müdaxiləsi kimi qiymətləndirərək bu barədə 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasına müvafiq tədbirlərin görülməsi üçün müraciət etmiş, lakin dairə seçki komissiyası bununla bağlı araşdırma aparmadan müraciətə məktubla cavab vermişdir.
Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.
Araşdırma prosesində müəyyən edilmişdir ki, namizəd X.S.Fərzulla yuxarıda qeyd edilən hüququnun pozulması və bununla bağlı tədbirlərin görülməsi üçün dairə seçki komissiyasına yazılı müraciət etmiş, lakin komissiya həmin müraciətə Seçki Məcəlləsinin və göstərilən Təlimatın tələblərinə uyğun olaraq baxmamış və komissiya sədri tərəfindən ona məktubla cavab verilmişdir.
Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən, seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, müraciətdə iddia olunan qanun pozuntuları 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırlımalı və təsdiqini tapacağı təqdirdə müvafiq tədbirlərin görülməsi üçün qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112.4-cü, 112.9-cu, 112.10-cu və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlu və müşahidəçi Baxışov Rüfət Əlizaman oğlunun 26 oktyabr 2015-ci il tarixli 108 saylı şikayətləri qismən təmin edilsin, müraciətdə iddia olunan qanun pozuntuları həmin seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılsın və təsdiqini tapacağı təqdirdə müvafiq tədbirlərin görülməsi üçün qərar qəbul edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Oktyabr 2015, 09:1015 May 2014, 09:05
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
13 May 2014, 13:05
H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 17:05
A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
8 May 2014, 09:05
M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 May 2014, 17:05
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə ətraflı...