Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qərara alır:

Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır.

Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.

2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri

3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

27 Oktyabr 2015, 09:10

http://www.azertag.net

8461—8470 / 10511

5 May 2015, 09:05

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1241-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında elektrik enerjisi mübadiləsi iləəlaqədar yaranan borca dair Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi iləəlaqədar maliyyə xarakterli məlumatların mübadiləsindəəməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sudan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə   ətraflı...

5 May 2015, 09:05

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə   ətraflı...

5 May 2015, 09:05

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında   ətraflı...

5 May 2015, 09:05

X.H. Yusiflinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...