Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qərara alır:

Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır.

Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.

2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri

3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

27 Oktyabr 2015, 09:10

http://www.azertag.net

7691—7700 / 10511

23 Noyabr 2015, 09:11

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Panama Respublikasının Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında dövlət qulluqçuları üçün ispan dili kursları haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

23 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...