“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

                                                                      

1. Müəyyən edilsin ki:

1.1. bu Fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir;

1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur.

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilsin.

3. Bu Fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilsin:

3.1. yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;

3.2. bu Fərmanla təsdiq edilən Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır;

3.3. sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

 

4. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

5.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılma qaydasının təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin real vaxt rejimində tam inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırması barədə vergi orqanlarına müraciət etdiyi hər bir hal barədə dərhal Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyini məlumatlandırsın.

7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

7.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi ilə əlaqədar sahibkarların Nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etsin;

7.2. sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırmasına dair müraciətləri barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında sahibkarlıq fəaliyyətinin dayandırılması səbəblərinin araşdırılması və həmin səbəblərin aradan qaldırılması üçün mümkün olan tədbirləri görsün və ya təkliflər versin;

7.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etsin;

7.4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin etsin, bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 oktyabr 2015-ci il.

 

27 Oktyabr 2015, 09:10

http://www.azertag.net

10441—10450 / 10511

26 Dekabr 2013, 09:12

A.İ.Yusifova general-mayor hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

B.H.Eyyubova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında   ətraflı...

24 Dekabr 2013, 09:12

“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

24 Dekabr 2013, 09:12

Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 818-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...