2015-ci il noyabrın 1- nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 oktyabr 2015-ci il tarixli 102 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızı 23 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək təyin etdiyi məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsindən imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd G.M.Səfərova müraciətində qeyd etmişdir ki, 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə mövcud olan seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvləri təyin etmiş, həmin şəxslərin təsdiq olunması üçün dairə seçki komissiyasına müraciət etsə də, komissiya məşvərətçi səs hüquqlu üzvlərin təsdiq olunmasından əsassız olaraq imtina etmişdir.
Dairə seçki komissiyası mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, G.M.Səfərova tərəfindən məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi Seçki Məcəlləsinin tələblərinə zidd olduğundan həmin şəxslər məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilə bilməzlər.
Deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, onun araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırma prosesində müəyyən edilmişdir ki, namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş G.M.Səfərova öz təşəbbüsü ilə 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasına və həmin seçki dairəsi üzrə məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu üzv təyin etmiş, onların təsdiq edilməsi üçün müvafiq sənədləri dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyasının həmin şəxslərin məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsindən imtinaya dair qərarı müəyyən qüsurlarla tərtib edilsə də, göstərilən əsaslarla G.M.Səfərova tərəfindən təyin edilmiş şəxslərin məşvərətçi səs hüquqlu üzv kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir və həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 21.2-ci və 148.6-cı maddələrinə görə siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülmüş namizədi təmsil edən məşvərətçi səs hüquqlu seçki komissiyası üzvü həmin siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilir və birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.
Mərkəzi Seçki Komissiyasının “Seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ının 1.2-ci və 2.1-ci bəndlərinə görə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar seçki komissiyalarına məşvərətçi səs hüquqlu üzv təyin etmələri barədə həmin partiyanın ali orqanının (qurultay, konfrans və s.) qərarına əsasən müvafiq təqdimatı partiyanın səlahiyyətli nümayəndəsi aidiyyəti seçki komissiyasına təqdim etməlidir.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının G.M.Səfərovanın təyin etdiyi məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsindən imtinaya dair 19 oktyabr 2015-ci il tarixli 21/62 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 21.2-ci, 28.2-ci və 148.6-cı maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Səfərova Günel Məhərrəm qızının 23 oktyabr 2015-ci il tarixli 102 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 oktyabr 2015-ci il tarixli 21/62 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
26 Oktyabr 2015, 09:1027 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 09 saylı müraciətə baxılması barədə ətraflı...
27 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 08 saylı müraciətə baxılması barədə ətraflı...
27 Noyabr 2014, 09:11
“XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ətraflı...
26 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
Aqil Raqil oğlu Məmmədovun müvəqqəti olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
Sənan Əvəz oğlu Aslanovun müvəqqəti olaraq 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü Rəşad Ağa oğlu Qasımovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 05 saylı müraciətə baxılmasına dair ətraflı...
26 Noyabr 2014, 09:11
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli 07 saylı müraciətə baxılması barədə ətraflı...