“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392; 2001, № 11, maddələr 676, 699, № 12, maddə 731; 2007, № 11, maddə 1053; 2010, № 4, maddə 280; 2011, №7, maddə 602; 2014, № 11, maddə 1340) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddə üzrə:

1.1. ikinci hissənin ikinci abzası çıxarılsın və üçüncü-on ikinci abzaslar müvafiq olaraq ikinci-on birinci abzaslar hesab edilsin;

1.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər.”.

2. 11-ci maddənin birinci hissəsinin altıncı abzasında “, lakin ən çoxu üç ay müddətində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək” sözləri “onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

23 Oktyabr 2015, 09:10

http://www.azertag.net

4911—4920 / 10511

7 Avqust 2017, 10:08

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Avqust 2017, 10:08

Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Avqust 2017, 10:08

Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

3 Avqust 2017, 09:08

“20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında   ətraflı...

3 Avqust 2017, 09:08

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 Avqust 2017, 09:08

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Avqust 2017, 09:08

О дополнительных мерах по продолжению строительно-созидательных работ в Пираллахинском районе города Баку   ətraflı...

2 Avqust 2017, 09:08

Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Avqust 2017, 09:08

V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında   ətraflı...

2 Avqust 2017, 09:08

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının ƏSASNAMƏSİ   ətraflı...