2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 2015-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlər həmin Qaydaların tələblərinə cavab verdiyindən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.
İstinad edilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adıçəkilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:
1. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birlikdə “exit-poll” keçirmək üçün qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21 Oktyabr 2015, 09:1015 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 902-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 910-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 911-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 09:12
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 09:12
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...