Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəfərov Namiq Şamil oğlu,
Hacıyev Sənan Firudin oğlu,
Hüseynov Abiddin Qabil oğlu.
2. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
3. Bu Qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir.
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
21 Oktyabr 2015, 09:1025 Oktyabr 2017, 09:10
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
24 Oktyabr 2017, 09:10
Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
23 Oktyabr 2017, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
23 Oktyabr 2017, 09:10
Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
Ş.S.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
N.H.Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ ətraflı...