2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 oktyabr 2015-ci il tarixli 101 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əliyev İmamverdi Heybət oğlu 16 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd İ.H.Əliyev müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş İ.H.Əliyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizəd tərəfindən təqdim edilən 450 seçici imzasından 55-i etibarsız hesab edilmiş, etibarlı imzaların sayı isə namizədin qeydə alınması üçün yetərli olmamışdır.
Deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.
Araşdırma prosesində imza vərəqələrində imza etmiş 450 seçicidən 35-nin öz imzasından imtina etməsi və həmin imzaların etibarsız hesab olunması barədə dairə seçki komissiyasına yazılı ərizə göndərməsi müəyyən edilmişdir.
Dairə seçki komissiyasının etibarsız hesab etdiyi digər imzaların Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılması nəticəsində tərtib edilmiş 17 oktyabr 2015-ci il tarixli protokol və rəydən görünür ki, həmin seçici imzalarından 4-ü etibarsızdır.
Namizəd İ.H.Əliyevin namizəd kimi qeydə alınması üçün təqdim edilmiş 450 seçici imzasından yuxarıda göstərilən əsaslara görə 411-i etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət etmir və onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 75 saylı Lənkəran-Masallı seçki dairəsi dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 28/79 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 113.1.1-ci 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əliyev İmamverdi Heybət oğlunun 16 oktyabr 2015-ci il tarixli 101 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 28/79 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19 Oktyabr 2015, 09:1021 Yanvar 2016, 09:01
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
19 Yanvar 2016, 09:01
İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
19 Yanvar 2016, 09:01
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında ətraflı...