2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 oktyabr 2015-ci il tarixli 88 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Hüseynov Akif İsa oğlu 11 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizəd kimi qeydə alınmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd A.İ.Hüseynov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası imzaların yoxlanması barədə ona məlumat verməmiş, imzaların yoxlanılmasında iştirakı təmin edilməmiş, nəticədə etibarlı imzaların yetərli olmaması əsası ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, komissiyanın iclasında iştirakı təmin edilmişdir. Namizəd əlavə sənəd qismində əsaslandığı digər sənədləri ekspert qrupunun üzvünə təqdim etməkdən imtina etmişdir.

Ərizəçinin dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsinə dair iddiaları öz təsdiqini tapmamışdır.

Dairə seçki komissiyasının mübahisələndirilən 7 oktyabr 2015-ci il tarixli 15/36 saylı qərarında namizədliyi irəli sürülmüş A.İ.Hüseynovun namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi təqdim edilmiş 550 seçici imzasından imza etmiş seçicilərdən 15-nin həmin dairənin dislokasiyasına aid olmaması, 3 seçicinin göstərilən ünvanda yaşamaması, 1 imzanın seçki hüququ olmayan şəxs tərəfindən verilməsi, 4 seçici imzasının isə düzəlişi təsdiq edilməmiş imzalar olması, həmçinin 96 seçicinin dairə seçki komissiyasına yazılı ərizə ilə müraciət edərək aldadılma və sair səbəblər nəticəsində imza verdiklərini və həmin imzaların etibarsız hesab olunmasını xahiş etmələri, etibarsız hesab edilmiş imzalar çıxıldıqdan sonra etibarlı imzaların namizəd kimi qeydə alınmaq üçün kifayət etmədiyi göstərilmişdir.

Araşdırmanın nəticəsi olaraq dairə seçki komissiyası tərəfindən etibarsız hesab edilmiş seçki hüququ olmayan şəxs tərəfindən verilmiş imza, seçki dairəsinin ərazisindən toplanılmamış 14 seçici imzası və imza etmiş seçicilərin müraciəti əsasında etibarsız hesab edilmiş 96 imza istisna olmaqla etibarsız hesab edilmiş digər imzalar namizədin xeyrinə etibarlı hesab edilmişdir. Həmin imzalar nəzərə alındıqdan sonra etibarlı hesab edilmiş 439 seçici imzası namizədin qeydə alınması üçün kifayət etmədiyindən müraciətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası yuxarıda qeyd edilən əsaslarla Seçki Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə deputatlığa namizəd A.İ.Hüseynovun namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin, qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 38 saylı Nizami ikinci (Gəncə) dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 15/36 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Hüseynov Akif İsa oğlunun 11 oktyabr 2015-ci il tarixli 88 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 15/36 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

14 Oktyabr 2015, 09:10

http://www.azertag.net

91—100 / 10511

11 Fevral 2023, 11:02

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Fevral 2023, 11:02

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Fevral 2023, 11:02

Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Fevral 2023, 15:02

Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Fevral 2023, 15:02

A.Y.Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Fevral 2023, 15:02

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 15:02

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...