“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Masallı rayonu” bölməsinin 40.1-ci sırasından “və Kosagül” sözləri, 40.22-ci sırasından “və Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri” sözləri və 40.30-cu sırasından “Masallı qəsəbəsi və” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il
28 Oktyabr 2014, 09:10
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova ətraflı...
27 Oktyabr 2014, 09:10
Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə ətraflı...
23 Oktyabr 2014, 09:10
Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə ətraflı...