2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 oktyabr 2015-ci il tarixli 92 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Bağırov Xalid Zakir oğlu 12 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd X.Z.Bağırov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən 7 oktyabr 2015-ci il tarixli 19/54 saylı qərarında namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş X.Z.Bağırovun namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi təqdim edilmiş 500 seçici imzası vermiş seçicilərdən 57-si yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri və işçi qrupu tərəfindən 34 seçici imzasının etibarsız olması göstərilmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası imzaların etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd X.Z.Bağırovun namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Yuxarıda qeyd edilən hallar Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində öz təsdiqini tapmışdır. Belə ki, həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini tədiq etmişlər.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydə alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdiyi məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Eyni zamanda Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 13 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, X.Z.Bağırovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan və dairə seçki komissiyasının qərarı ilə etibarsız hesab edilmiş 34 imzadan 12-si etibarsızdır.
Beləliklə, təqdim edilmiş 500 seçici imzasından 69-u etibarsız hesab edildiyindən qalan 431 imza namizədin qeydə alınması üçün kifayət etmir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 19/54 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Bağırov Xalid Zakir oğlunun 12 oktyabr 2015-ci il tarixli 92 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 19/54 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 Oktyabr 2015, 09:1030 Yanvar 2019, 08:01
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Yanvar 2019, 08:01
Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Yanvar 2019, 08:01
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Yanvar 2019, 08:01
S.Ə.Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Yanvar 2019, 08:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Yanvar 2019, 08:01
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2019, 08:01
Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2019, 08:01
İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2019, 08:01
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2019, 08:01
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...