2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 66 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlu 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd O.Ə.Kazımov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, imzalardan bir qisminin etibarsız hesab edilməsi və əmlak barəsində düzgün məlumat təqdim etmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş O.Ə.Kazımovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, imza vərəqələri və onlara əlavə edilmiş sənədlər dairə seçki komissiyasına təqdim olunarkən Seçki Məcəlləsinin 58.1.5-ci və 60.2.3-cü maddəsinin tələbləri pozulmuş, onun ümumi mülkiyyətində nəqliyyat vasitələrinin olmasına dair məlumat dairə seçki komissiyasına təqdim olunan əmlak barədə məlumata daxil edilməmişdir.
Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların yoxlanılmasına dair 10 oktyabr 2015-ci il tarixli rəyində göstərilir ki, Milli Məclisə seçkilərdə deputatlığa namizəd O.Ə.Kazımov tərəfindən Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrinin tələbinə uyğun olaraq gəlirlərinin miqdarı və mənbəyi, həmçinin xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən, ümumi mülkiyyət hüququ əsasında) ona məxsus olan əmlak barədə təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, o, əmlakı barədə düzgün məlumat verməmişdir. Belə ki, ümumi mülkiyyət hüququ əsasında ona da məxsus olan 4 ədəd minik avtomobilini əmlakı barədə məlumatda göstərməmişdir.
Əmlakı barədə seçki sənədlərində düzgün məlumat əks etdirmədiyinə görə deputatlığa namizəd O.Ə.Kazımov Seçki Məcəlləsinin 58.1.5-ci və 60.2.3-cü maddələrinin tələblərini pozmuş və bununla da onun namizəd kimi qeydə alınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, O.Ə.Kazımovun namizədliyinin qeydə alınmasından imtinaya dair 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/27 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlunun 9 oktyabr 2015-ci il tarixli 66 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 14/27 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:1022 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına ətraflı...
22 Oktyabr 2014, 09:10
Kristof dö Marjerinin ailəsinə ətraflı...
22 Oktyabr 2014, 09:10
Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...