2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 76 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Ələkbərov Nizami Məhərrəm oğlu 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.M.Ələkbərov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində 497 seçici imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası ona imzaların yoxlanması barədə məlumat verməmiş, iclas barədə məlumat gec verildiyindən xəstəxanaya getdiyinə görə iclasda iştirak edə bilməmiş, nəticədə seçici imzalarının bir qismi müxtəlif əsaslarla etibarsız hesab edilərək əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir. O, eyni zamanda müraciətində qeyd etmişdir ki, namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülsə də dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.2 saylı qərarında namizədliyinin Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürüldüyü göstərilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədin müraciətində göstərdiyi əlaqə telefonu ilə onunla əlaqə saxlanılmasına cəhd edilsə də telefon bağlı olduğundan bu mümkün olmamışdır.

Araşdırma ilə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasından təqdim edilmiş yanlışlığın düzəldilməsinə dair 8 oktyabr 2015-ci il tarixli 18/3 saylı qərardan müəyyən edilir ki, Klassik Xalq Cəbhəsi Partiyasının da daxil olduğu “Azadlıq-2015” siyasi partiyalar blokundan namizədliyi irəli sürülmüş N.M.Ələkbərovun namizəd kimi qeydə alınmasından imtina edilməsinə dair dairə seçki komissiyasının 17/2.2 saylı qərarında onun namizədliyinin Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülməsinə dair yanlışlıq aradan qaldırılmışdır. Həmin qərarın surəti maraqlı şəxsə çatdırılmışdır.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 11 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, N.M.Ələkbərovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 10 imza vərəqəsində olan 497 seçici imzasından 113-ü etibarsız hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası hazırda mübahisələndirilən qərarın tərtib edilməsi ilə bağlı müəyyən qüsurlara yol versə də qeyd edilən əsaslarla deputatlığa namizəd N.M.Ələkbərovun namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, N.M.Ələkbərovun namizəd kimi qeydə alınmasından imtinaya dair 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Ələkbərov Nizami Məhərrəm oğlunun 10 oktyabr 2015-ci il tarixli 76 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

12 Oktyabr 2015, 09:10

http://www.azertag.net

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...