2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 71 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qasımova Elza Nuru qızı 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, onun araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasda iştirakı təmin edilmişdir.
Namizəd E.N.Qasımova müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş E.N.Qasımovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün imza verən seçicilərdən 180-ni müxtəlif əsaslarla imzalarının etibarsız hesab edilməsi barədə dairə seçki komissiyasına ərizə ilə müraciət etmişlər.
Həmin ərizələrin araşdırılması ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasına daxil olmuş ərizələrdən 78-i ərizə vermiş seçicinin imzasından imtinanı özündə ehtiva edir, 102 ərizə isə imzaların etibarsız hesab edilməsi üçün seçki qanunvericiliyinin tələbinə müvafiq olaraq öz təsdiqini tapmadığından əsas kimi qəbul edilə bilməz.
Beləliklə, etibarlı hesab edilən seçici imzalarının sayı E.N.Qasımovanın namizəd kimi qeydə alınması üçün yetərlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 54 saylı Şabran-Siyəzən seçki dairəsi dairə seçki komissiyasının E.N.Qasımovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 8 oktyabr 2015-ci il tarixli 23/73 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qasımova Elza Nuru qızının 9 oktyabr 2015-ci il tarixli 71 saylı müraciəti təmin edilsin, dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 23/73 saylı qərarı ləğv edilsin.
2. 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qasımova Elza Nuru qızı həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:10
7 Dekabr 2016, 09:12
İ.B.Vahabzadənin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında ətraflı...
7 Dekabr 2016, 09:12
Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
6 Dekabr 2016, 09:12
Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
2 Dekabr 2016, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
2 Dekabr 2016, 09:12
Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında ətraflı...
2 Dekabr 2016, 09:12
“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” beynəlxalq konfransının iştirakçılarına ətraflı...
2 Dekabr 2016, 09:12
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
2 Dekabr 2016, 09:12
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında ətraflı...
1 Dekabr 2016, 10:12
Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası ətraflı...
1 Dekabr 2016, 10:12
“Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında ətraflı...