2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 73 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbişbəyli Fikrət Fəraməz oğlu 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd F.F.İbişbəyli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası imzaların işçi qrupu tərəfindən yoxlanılması barədə namizədə məlumat verməmiş, imzaların yoxlanılması prosesində iştirakı təmin edilməmiş, nəticədə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 8 oktyabr 2015-ci il tarixli 21/64 saylı qərarında F.F.İbişbəylinin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 550 seçici imzasından 146-nın etibarsız olması göstərilmişdir. Belə ki, namizədin müdafiəsi üçün toplanılmış imzalardan 135-də imza atmış şəxs yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Digər 11 seçici imzası isə məlumatlar qeyri-düzgün göstərildiyinə görə etibarsız hesab edilmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, dairə seçki komissiyası imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən namizəd F.F.İbişbəylinin deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində F.F.İbişbəyli tərəfindən deputatlığa namizəd kimi qeydə alınması üçün təqdim edilmiş 550 seçici imzası olan 11 imza vərəqəsində adları keçən seçicilərdən 135 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza etdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 135-nin yuxarıda göstərilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 415 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, F.F.İbişbəylinin namizəd kimi qeydə alınmasından imtinaya dair 72 saylı Yardımlı-Masallı seçki dairəsi dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 21/64 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbişbəyli Fikrət Fəraməz oğlunun 9 oktyabr 2015-ci il tarixli 73 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 21/64 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 Oktyabr 2015, 09:10

http://www.azertag.net

9461—9470 / 10511

14 Oktyabr 2014, 09:10

“Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri iləəlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

R.H.Abdullayevə və Ç.Ə.Məmmədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

İ.N.Əliyevə və E.X.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

N.S.Hacıyevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2014, 09:10

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə   ətraflı...

13 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

9 Oktyabr 2014, 15:10

Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...