2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 65 saylı və 10 oktyabr 2015-ci il tarixli 81 saylı müraciətlərə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş İmanov İman İbiş oğlu 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Eyni zamanda həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıyeva Şərafət Qəzənfər qızı 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək dairə seçki komissiyasının İ.İ.İmanovun qeydə alınmasından imtina edilməsi barədə qərarını mübahisələndirmiş, imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərinin səthi yoxlanıldığını və bunun nəticəsində onun deputatlığa namizəd kimi qeydə alına biləcəyi ehtimalını iddia edərək həmin sənədlərin daha ciddi araşdırılmasını xahiş etmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən bir icraatda birləşdirilməklə, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd İ.İ.İmanov müraciətində qeyd etmişdir ki, namizədliyi 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi üzrə “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzaları toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası əsassız olaraq onu namizəd kimi qeydə almaqdan imtina etmiş, habelə dairə seçki komissiyasının müvafiq qərarı ona təqdim edilməmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, dairə seçki komissiyası 5 oktyabr 2015-ci il tarixində namizəd kimi qeydə alınıb-alınmaması məsələsinə baxılmasına dair komissiyanın 6 oktyabr 2015-ci ildə keçirilməsi nəzərdə tutulan iclasının yeri və vaxtı barədə İ.İ.İmanovu teleqramla məlumatlandırmış, 6 oktyabr 2015-ci ildə isə telefon vasitəsilə bir daha iclasın vaxtı barədə ona məlumat vermişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarında namizədliyi irəli sürülmüş İ.İ.İmanovun deputatlığa namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi təqdim edilmiş 533 seçici imzasından 118-nin oxşar imzalar olduğu üçün etibarsız hesab edildiyi göstərilmişdir.

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, İ.İ.İmanovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan 533 seçici imzasından 377-si etibarlıdır.

Bununla da namizədin qeydə alınması üçün lazım olan etibarlı seçici imzalarının sayı yetərli olmadığından namizədin qeydə alınması üçün əsaslar yaranmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən İ.İ.İmanovun şikayəti əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/41 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı və qeydə alınmış namizəd Ş.Q.Hacıyevanın müraciəti təmin edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60.2.4-cü, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş İmanov İman İbiş oğlunun 9 oktyabr 2015-ci il tarixli 65 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/41 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Həmin seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Hacıyeva Şərafət Qəzənfər qızının müraciəti təmin olunmuş hesab edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 Oktyabr 2015, 09:10

http://www.azertag.net

41—50 / 10511

11 Aprel 2023, 11:04

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Aprel 2023, 11:04

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2023, 11:04

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Aprel 2023, 11:04

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2023, 10:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Aprel 2023, 10:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2023, 10:04

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

R.K.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

A.X.Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...