2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 68 saylı və 10 oktyabr 2015-ci il tarixli 80, 83, 85, 86 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Əhəd Fərhad oğlu 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış İbrahimov Calal Ağarza oğlu, Qasımzadə Nicat Ərrəhman oğlu, Cəfərov Mahir Hüseyn oğlu və qeydə alınmış namizəd Qurbanov Elçin İbad oğlunun səlahiyyətli nümayəndəsi Sadıxov Əliyar Dünyamalı oğlu 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına ayrı-ayrılıqda müraciət edərək deputatlığa namizəd Məmmədli Əhəd Fərhad oğlunun imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərinin səthi yoxlanıldığını və bunun nəticəsində onun deputatlığa namizəd kimi qeydə alına biləcəyi ehtimalını iddia edərək həmin sənədlərin daha ciddi araşdırılmasını xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni seçki dairəsindən, eyni deputatlığa namizədlə bağlı olduğundan qrup koordinatoru məlumatlandırmaqla bir icraatda birləşdirilərək araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Ə.F.Məmmədli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində 550 seçici imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası ona imzaların yoxlanması barədə məlumat verməmiş, imzaların yoxlanılmasında iştirakı təmin edilməmiş, iclas barədə məlumat gec verildiyindən iclasda iştirak edə bilməmiş, nəticədə 113 seçici imzası müxtəlif əsaslarla etibarsız hesab edilərək əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, iclasda iştirakı təmin edilmişdir. O, dairə seçki komissiyasının iclasında iştirak etdiyini etiraf etmiş, həmin gün qərarın surətinin ona verilmədiyini göstərmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından təqdim edilmiş 7 oktyabr 2015-ci il tarixli aktdan və 10 oktyabr 2015-ci il tarixli arayışdan müəyyən edilir ki, deputatlığa namizəd Ə.F.Məmmədli iclasa dəvət edilmiş, iclasda iştirak etmiş, ancaq həmin gün işçi qrupunun protokol və rəyini, həmçinin namizəd kimi qeydə alınmasından imtinaya dair qərarın surətini götürməkdən imtina etmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, Ə.F.Məmmədlinin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 11 ədəd imza vərəqəsində olan 550 seçici imzalarından 157-si etibarsız hesab edilmişdir. Yerdə qalan etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasının qərarı müəyyən qüsurlarla tərtib edilsə də araşdırılmış bütün hallar və əsaslar qərarda əks etdirildiyindən, göstərilən əsaslarla deputatlığa namizəd Ə.F.Məmmədlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlinmişdir və həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən deputatlığa namizəd Ə.F.Məmmədlinin şikayəti əsassız olduğundan təmin edilməməli, 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 16 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış C.A.İbrahimov, N.Ə.Qasımzadə, M.H.Cəfərov, qeydə alınmış namizəd E.İ.Qurbanovun səlahiyyətli nümayəndəsi Ə.D.Sadıxovun müraciətləri təmin edilmiş hesab edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Əhəd Fərhad oğlunun 9 oktyabr 2015-ci il tarixli 68 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 16 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış İbrahimov Calal Ağarza oğlu, Qasımzadə Nicat Ərrəhman oğlu, Cəfərov Mahir Hüseyn oğlu və qeydə alınmış namizəd Qurbanov Elçin İbad oğlunun səlahiyyətli nümayəndəsi Sadıxov Əliyar Dünyamalı oğlunun 10 oktyabr 2015-ci il tarixli 80, 83, 85, 86 saylı müraciətləri təmin edilmiş hesab edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:104 Yanvar 2018, 09:01
Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası ətraflı...
29 Dekabr 2017, 10:12
2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti ətraflı...
29 Dekabr 2017, 10:12
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
S.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
F.Q.Qasımovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
29 Dekabr 2017, 10:12
R.Y.Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...