2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 67 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Teyyublu Xəzər Qardaşəli oğlu 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə namizədliyi həmin blok tərəfindən irəli sürülmüş Əliyev Fuad Ağasi oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarının əsassız olmasını bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
X.Q.Teyyublu müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən F.A.Əliyevin namizədliyi 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə irəli sürülmüş, seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim olunmuş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma ilə əlaqədar deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş F.A.Əliyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən imza vərəqələri və onlara əlavə edilmiş sənədlər dairə seçki komissiyasına təqdim olunarkən Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinin tələbləri pozulmuşdur.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli rəydən görünür ki, deputatlığa namizəd F.A.Əliyev mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı (nəqliyyat vasitələrini) gizlədərək bu barədə seçki sənədinə düzgün məlumat daxil etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən, namizədin qeydə alınması üçün təqdim edilən zəruri seçki sənədlərində məlumatlar düzgün olmadıqda onun qeydiyyatından imtina üçün əsas yaranır.
Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının F.A.Əliyevin namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 8 oktyabr 2015-ci il tarixli 21/56 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 58.1.5-ci, 59-cu, 60.2.3-cü, 112-ci, 112-1-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Azadlıq-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Teyyublu Xəzər Qardaşəli oğlunun 9 oktyabr 2015-ci il tarixli 67 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 8 oktyabr 2015-ci il tarixli 21/56 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:1030 Yanvar 2018, 09:01
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018–2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında ətraflı...
29 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
29 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI ətraflı...
29 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI ətraflı...
29 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI ətraflı...
29 Yanvar 2018, 09:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında ətraflı...
22 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
22 Yanvar 2018, 09:01
“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...