2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 56 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Yaqublu Nəsiman Qara oğlu 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizəd kimi qeydə alınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd N.Q.Yaqublu müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina etmişdir.
Araşdırma prosesində müraciət etmiş namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, lakin o, bunun üzrlü səbəbdən mümkün olmadığını, araşdırmada və iclasda Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iştirak edəcəyini bildirmişdir. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən 6 oktyabr 2015-ci il tarixli 23 saylı qərarında namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş N.Q.Yaqublu namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 550 seçici imzasını vermiş 160 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri göstərilmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası, imzaların etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən, deputatlığa namizəd N.Q.Yaqublunun namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki imza vermiş 550 seçicidən 160-ı yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 160-nın qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 390 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 23 saylı qərarı qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Yaqublu Nəsiman Qara oğlunun 8 oktyabr 2015-ci il tarixli 56 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 23 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:1027 İyul 2016, 09:07
“Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair ətraflı...
27 İyul 2016, 09:07
“Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
27 İyul 2016, 09:07
“Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
27 İyul 2016, 09:07
Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2016, 09:07
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında ətraflı...
27 İyul 2016, 09:07
Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında ətraflı...
27 İyul 2016, 09:07
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ətraflı...
27 İyul 2016, 09:07
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında ətraflı...
26 İyul 2016, 10:07
M.İ. Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
26 İyul 2016, 10:07
Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...