"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 39
Bakı şəhəri, 7 fevral 2014-cü il
"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsviri" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin spesifikasiyası" təsdiq edilsin (3 nömrəli əlavə).
4. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi" təsdiq edilsin (4 nömrəli əlavə).
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlan-masını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu
Q A Y D A L A R I
1. Ümumi müddəa
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi (bundan sonra - iş icazəsi) blankının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən edir.
2. İş icazəsi blankının sifarişi və alınması qaydası
2.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, iş icazəsi blankının sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İş icazəsi blankının hazırlanması ilə əlaqədar xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çap olunmuş iş icazəsi blankının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini təmin edir.
3. İş icazəsi blankının uçotunun aparılması
3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş iş icazəsi blankları barədə hesabatı həmin Nazirliyə təqdim edir.
3.2. İş icazəsi blankının ciddi hesabat sənədi kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla uçotu aparılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəhbərinin icazəsi ilə iş icazəsi blankı anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi-məsul şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilir.
3.3. İş icazəsi blankının ilkin uçotu qeydiyyat kitabında aparılır. İş icazəsi blankının qeydiyyat kitabının səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və sonuncu səhifə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlənməlidir. Qeydiyyat kitabı elektron üsulla (kompyuterlə) aparıldıqda, məlumatlar hesabat dövrünün sonunda (ay, rüb və ya il) elektron formada işlənilir.
3.4. İş icazəsi blanklarının cırılmasına, ləkələnməsinə və üzərində düzəlişlərin aparılmasına yol verilmir.
3.5. Zədələnmiş və ya korlanmış iş icazəsi blanklarının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti yoxlama (təftiş) keçirilənədək üzərində "korlanıb" sözü yazılmaqla, mühasibatlıqda saxlanılması təmin edilir.
3.6. Zədələnmiş və ya korlanmış iş icazəsi blankları məhv edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin
T Ə S V İ R İ
1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi (bundan sonra - iş icazəsi) açıq-göy rəngli olmaqla A4 formatdadır.
2. İş icazəsinin:
2.1. yuxarı orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilir və gerbin təsvirindən aşağıda alt-alta "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASİYA XİDMƏTİ / STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN", "AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN ƏCNƏBİLƏRƏ VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ VERİLƏN İŞ İCAZƏSİ / WORK PERMIT ISSUED TO FOREIGNERS OR STATELESS PERSONS FOR CARRYING OUT PAID LABOUR ACTIVITY IN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN" sözləri yazılır;
2.2. orta hissəsində iki latın hərfindən ibarət olan seriya (İİ) və yeddirəqəmli nömrə yazılır;
2.3. orta hissəsinin solunda aşağıya doğru ardıcıllıqla "İşə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs/Employed foreigner or stateless person", "Soyadı/Surname", "Adı/Name", "Doğum tarixi/Date of birth", "Cinsi/SEX", "Vətəndaşlığı/Citizenship", "Sərhədkeçmə sənədinin seriyası və nömrəsi/Series and number of border crossing document", "Tutduğu vəzifə/Position", "İş yerinin ünvanı/Working address", "İşəgötürən/Employer", "Hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və nümayəndəliyinin/fiziki şəxsin adı / Name of juridical person, branch or representation of foreign juridical person/physical person", "Fəaliyyət sahəsi/Activity area", "VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi)/TIN (registration number for non-commercial juridical persons)", "Ünvanı/Address" sözləri yazılır;
2.4. aşağı hissəsinin solunda möhür üçün yer nəzərdə tutulur və ondan sağda aşağıya doğru ardıcıllıqla "Vəzifəli şəxsin imzası/Signature of authorized person", "Verildiyi tarix/Date of issue", "Etibarlıdır/Valid until" sözləri yazılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir 3 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin
SPESİFİKASİYASI
1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi (bundan sonra - iş icazəsi) bir səhifədən ibarətdir. Kağızının tərkibi 100 faiz sellülozdan olan iş icazəsi çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap edilir. Kağız və istifadə olunan boya iş icazəsinin lazer printerində çap edilməsi üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
2. İş icazəsinin üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri göstərilir.
3. İş icazəsinin səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. İş icazəsinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə edilir.
4. İş icazəsinin şəxsi məlumatlara aid hissəsi "göy qurşağı" çap üsulu ilə təsvir olunur. "İŞ İCAZƏSİ" və "WORK PERMIT" sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. İş icazəsinin üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. İş icazəsinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər iş icazəsinin üzərində proporsional şəkildə yerləşdirilir.
5. İş icazəsi üçün istifadə olunmuş kağız və boya ən azı 10 (on) il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
20 Fevral 2014, 10:02
12 Fevral 2021, 19:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Fevral 2021, 19:02
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Fevral 2021, 19:02
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Fevral 2021, 19:02
“Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Fevral 2021, 19:02
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2021, 19:02
M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2021, 19:02
R.Ş.Rzayevin Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Fevral 2021, 19:02
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2021, 20:02
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2021, 20:02
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...