2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 62 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Atakişiyev Rövşən Atakişi oğlu 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizəd kimi qeydə alınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd R.A.Atakişiyev müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlərlə birlikdə dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası R.A.Atakişiyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrindəki etibarlı imzaların sayı onun qeydə alınması üçün yetərli olmamışdır.
Araşdırma prosesində müraciət etmiş namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, lakin o, bunun üzrlü səbəbdən mümkün olmadığını, araşdırmada və iclasda Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iştirak edəcəyini bildirmişdir. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Araşdırma ilə, həmçinin müəyyən edilmişdir ki, 30 imza 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə adları seçici siyahılarında olmayan şəxslərdən toplanılmışdır.
Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun tərtib etdiyi protokol və rəylərdən görünür ki, etibarlı imzaların sayı 421-dir. Beləliklə, etibarlı seçici imzalarının sayı namizədin qeydə alınması üçün yetərli olmadığından R.A.Atakişiyev deputatlığa namizəd kimi qeydə alınmamalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində azı 450 seçici imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, R.A.Atakişiyevin namizəd kimi qeydə alınması üçün təqdim olunmuş etibarlı imzaların sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan az olduğuna görə həmin Məcəllənin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.
Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının R.A.Atakişiyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 7 oktyabr 2015-ci il tarixli 9/23 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Atakişiyev Rövşən Atakişi oğlunun 8 oktyabr 2015-ci il tarixli 62 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 9/23 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:1030 Avqust 2017, 09:08
Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
29 Avqust 2017, 09:08
Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
29 Avqust 2017, 09:08
N.Ə.Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Avqust 2017, 09:08
F.R.Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
25 Avqust 2017, 09:08
“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında ətraflı...
25 Avqust 2017, 09:08
“Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar ətraflı...
24 Avqust 2017, 09:08
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
24 Avqust 2017, 09:08
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
24 Avqust 2017, 09:08
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Sərəncamına Əlavə ətraflı...
24 Avqust 2017, 09:08
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...