2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 59 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi özü tərəfindən 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə irəli sürülmüş Kazımov Azər Xudayar oğlu 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd A.X.Kazımov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçici imzalarını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş A.X.Kazımovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün seçici imzaları Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydaların pozulması ilə toplanılmışdır.
Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmasına cəhd göstərilsə də, bu, mümkün olmamışdır.
Mərkəzi Seçki Komissiyasında aparılmış araşdırma prosesində imza vərəqələrinə daxil edilmiş seçicilərdən 193-nün 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin ərazisində yaşamadığı, qeydiyyatda olmadığı və həmin seçki dairəsi üzrə seçici siyahılarında adlarının olmadığı müəyyən edilmişdir.
Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə əsasən, namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən toplanmalıdır.
Namizəd A.X.Kazımovun müdafiəsi üçün toplanmış seçici imzalarından yuxarıda qeyd edilən əsaslara görə 193-nün etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.
Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının A.X.Kazımovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 oktyabr 2015-ci il tarixli 22/64 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə irəli sürülmüş Kazımov Azər Xudayar oğlunun 8 oktyabr 2015-ci il tarixli 59 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 22/64 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2015, 09:10
8 Aprel 2020, 20:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Aprel 2020, 20:04
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Aprel 2020, 20:04
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Aprel 2020, 23:04
Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Aprel 2020, 23:04
Şamil Ayrımın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Aprel 2020, 23:04
Azərbaycan Respublikası Prezidentinin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanında, 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə və 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Aprel 2020, 23:04
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 Mart 2020, 17:03
Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 Mart 2020, 17:03
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
31 Mart 2020, 17:03
“Tibbisığortahaqqında” AzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2020-ciil 30 marttarixli 32-VIQDnömrəliQanunununtətbiqi, AzərbaycanRespublikası Prezidentinin “AzərbaycanRespublikasındaicbaritibbisığortanıntətbiqinintəminedilməsiilə bağlı birsıratədbirlərhaqqında” 2018-ciil 20 dekabrtarixli 418 nömrəlivə “Tibbisığortahaqqında” AzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2019-cuil 3 dekabrtarixli 1718-VQDnömrəliQanunununtətbiqivə “Tibbisığortahaqqında” AzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2018-ciil 28 dekabrtarixli 1441-VQDnömrəliQanunununtətbiqivə “Tibbisığortahaqqında” AzərbaycanRespublikası Qanunununtətbiqedilməsibarədə” AzərbaycanRespublikası Prezidentinin 1999-cuil 30 dekabrtarixli 241 nömrəliFərmanınınləğvedilməsihaqqında” AzərbaycanRespublikası Prezidentinin 2019-cuil 31 yanvartarixli 502 nömrəliFərmanındadəyişiklikedilməsibarədə” 2019-cuil 24 dekabrtarixli 898 nömrəlifərmanlarındadəyişiklikedilməsihaqqında AzərbaycanRespublikası PrezidentininFərmanı ətraflı...