2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 44 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Mehti Yusif Haceyib oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizəd kimi qeydə alınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Y.H.Mehti müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 66 saylı Biləsuvar seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası namizədə və onun səlahiyyətli nümayəndəsinə imzaların yoxlanması barədə məlumat verməmiş, imzaların yoxlanılmasında onların iştirakı təmin edilməmiş, nəticədə əsassız olaraq namizədliyin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd və onun səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iclasda iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən 4 oktyabr 2015-ci il tarixli 24/76 saylı qərarında namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Y.H.Mehtinin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 547 seçici imzasını vermiş 171 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri göstərilmişdir.
Ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddialar öz təsdiqini tapmamışdır.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd Y.H.Mehtinin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki 547 seçici imzası vermiş seçicilərdən 171 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 171-nin qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 376 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 24/76 saylı qərarı qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 66 saylı Biləsuvar seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Mehti Yusif Haceyib oğlunun 6 oktyabr 2015-ci il tarixli 44 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 24/76 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
9 Oktyabr 2015, 09:10
17 Fevral 2016, 09:02
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2016, 09:02
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009 cu il 13 fevral tarixli 63 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2016, 09:02
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanının ləğv edilməsi barədə ətraflı...
16 Fevral 2016, 09:02
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...