2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 35 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 77 saylı Astara seçki dairəsi üzrə irəli sürülmüş Hacızadə Novruz Xudadat oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Ərizəçi müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin dairənin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası N.X.Hacızadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Namizəd N.X.Hacızadə ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, lakin o, bunun üzrlü səbəbdən mümkün olmadığını bildirmişdir.

Araşdırma prosesində namizəd tərəfindən təqdim edilmiş və dairə seçki komissiyasının mübahisələndirdiyi 152 seçici imzasından 100-nün Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə toplandığı əsas götürülərək həmin imzaların etibarsız hesab olunduğu müəyyən edilmişdir.

Sözügedən 100 seçici imzasının Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə toplanması iddiası isə araşdırma zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, digər 52 imza Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra onlardan 30-nun Seçki Məcəlləsinin tələblərinə uyğun toplanıldığı müəyyən edilmişdir.

Beləliklə, namizəd tərəfindən təqdim edilən seçici imzalarından 478-i etibarlı hesab edilir ki, bu da namizədin qeydə alınması üçün kifayətdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd olunanlara əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının N.X.Hacızadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 30 sentyabr 2015-ci il tarixli 16/56 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2- ci, 28.4-cü, 56-cı, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Novruz Xudadat oğlunun 6 oktyabr 2015-ci il tarixli 35 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 30 sentyabr 2015-ci il tarixli 16/56 saylı qərarı ləğv edilsin.

2. 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Novruz Xudadat oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

9 Oktyabr 2015, 09:10

http://www.azertag.net

10431—10440 / 10511

28 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında   ətraflı...

28 Dekabr 2013, 08:12

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti   ətraflı...

27 Dekabr 2013, 09:12

Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 832-IVQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 841- IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

26 Dekabr 2013, 09:12

M.Ə.Vəliyevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

İ.A.Ələkbərova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...