2015-ci il noyabrın 1- nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 36 və 46 saylı müraciətlərə baxılması
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hacıyeva Yeganə Telman qızı 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Eyni zamanda, həmin seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Bağırov Kazım Alməmməd oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd Hacıyeva Yeganə Telman qızının namizəd kimi qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədlərinin dairə seçki komissiyası tərəfindən yoxlanılması prosesində ciddi pozuntulara yol verilməsini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, bir icraatda birləşdirilərək araşdırılmış, birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Y.T.Hacıyeva müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Deputatlığa namizəd Y.T. Hacıyevanın Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Qeydə alınmış namizəd K.A.Bağırovla əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, o, ərizəsini müdafiə etdiyini və üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.
Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Y.T.Hacıyevanın namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli qərarında imtinanın əsası kimi Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin müvafiq bəndlərinə istinad edilmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 4 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, Y.T.Hacıyevanın namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 11 imza vərəqəsində olan 550 seçici imzasından 418-i etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Göstərilənlərə əsasən namizəd Y.T.Hacıyevanın müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 24/58 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, deputatlığa qeydə alınmış namizəd K.A.Bağırovun müraciəti isə təmin edilmiş hesab edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hacıyeva Yeganə Telman qızının 6 oktyabr 2015-ci il tarixli 36 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 24/58 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Bağırov Kazım Alməmməd oğlunun 6 oktyabr 2015-ci il tarixli 46 saylı müraciəti təmin edilmiş hesab olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
9 Oktyabr 2015, 09:101 Fevral 2023, 08:02
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
31 Yanvar 2023, 16:01
İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə ətraflı...
26 Yanvar 2023, 15:01
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Yanvar 2023, 15:01
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Yanvar 2023, 15:01
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Yanvar 2023, 15:01
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
26 Yanvar 2023, 15:01
Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
26 Yanvar 2023, 14:01
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 767-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Yanvar 2023, 14:01
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
26 Yanvar 2023, 14:01
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...