2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 43 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Məzahir Zahid oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, habelə onun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd M.Z.Məmmədov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina olunmuş, işçi qrupunun protokolunun surəti və rəyi ona təqdim edilməmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş M.Z.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, imza vərəqələrinə daxil edilmiş 550 seçici imzasından 219-u etibarlı hesab edilmiş, bu da namizədin qeydə alınması üçün yetərli olmamışdır.

Ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri seçki sənədlərinin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsi kimi iddialar öz təsdiqini tapmamışdır.

Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində dairə seçki komissiyası tərəfindən etibarsız hesab edilmiş 331 seçici imzasından 227-si (225-i məlumatların qeyri-düzgün göstərilməsi, 2-si seçki hüququ olmayan şəxs tərəfindən imzalanması) etibarsız hesab edilmiş, adları imza vərəqələrinə daxil edilmiş seçicilərdən 99-nun isə 21 saylı Nəsimi birinci seçki dairəsinin ərazisində yaşamadığı, qeydiyyatda olmadığı və həmin seçki dairəsi üzrə seçici siyahılarında adlarının olmadığı müəyyən edilmişdir. Etibarlı hesab edilmiş 224 seçici imzası isə namizədin qeydə alınması üçün kifayət deyil.

Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Bununla da dairə seçki komissiyası Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq, M.Z.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edərkən düzgün nəticəyə gəlmişdir.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının M.Z.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 5 oktyabr 2015-ci il tarixli 17/50 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Məzahir Zahid oğlunun 6 oktyabr 2015-ci il tarixli 43 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 17/50 saylı qərarı qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

9 Oktyabr 2015, 09:10

http://www.azertag.net

5561—5570 / 10511

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası   ətraflı...

5 Aprel 2017, 09:04

Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında   ətraflı...

5 Aprel 2017, 09:04

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

5 Aprel 2017, 09:04

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

4 Aprel 2017, 09:04

Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Aprel 2017, 09:04

V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı   ətraflı...

31 Mart 2017, 09:03

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

31 Mart 2017, 09:03

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında   ətraflı...