2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 34 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairə seçki komissiyasına namizəd kimi qeydə alınması üçün təqdim etdiyi seçki sənədlərinə əsassız olaraq baxılmadığını bildirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd A.Ş.İbrahimov müraciətində qeyd etmişdir ki, namizədliyinin qeydə alınması üçün imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına müəyyən edilmiş müddətdə vermiş, lakin həmin komissiya əsassız olaraq təqdim edilmiş sənədlərin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd A.Ş.İbrahimov imza vərəqələrini və ona əlavə olunmuş digər seçki sənədlərini dairə seçki komissiyasına 2015-ci il oktyabrın 2-si saat 18:34-də təqdim etmiş və o, bu barədə müvafiq arayışa imza etmişdir.
Araşdırma prosesində müəyyən olunmuşdur ki, namizədin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədləri həqiqətən müvafiq dairə seçki komissiyasına seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də onun sənədləri baxılmamış saxlanılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü bəndinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini Seçki Məcəlləsində qeyd edilən müddətdə saat 9.00-dan 18.00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır.
8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyası namizəd A.Ş.İbrahimovun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş müvafiq sənədlərlə əlaqədar düzgün nəticəyə gəldiyindən, müvafiq dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 24/1 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 34 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 24/1 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8 Oktyabr 2015, 09:102 İyul 2018, 08:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyul 2018, 08:07
K.Q.Qafarova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyul 2018, 08:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyul 2018, 08:07
Elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyun 2018, 08:06
İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyun 2018, 07:06
“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 İyun 2018, 07:06
“İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 İyun 2018, 08:06
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1171-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 İyun 2018, 08:06
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 İyun 2018, 08:06
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...