2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 sentyabr 2015-ci il tarixli 15 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hüseynov Tural Telman oğlu 27 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

T.T.Hüseynov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin dairənin ərazisində 494 ədəd seçici imzası toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının 24 sentyabr 2015-ci il tarixli 9/23 saylı qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina olunmuşdur.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənəd və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, araşdırmada iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası mübahisələndirilən qərarında namizədliyi irəli sürülmüş T.T.Hüseynovun namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş imza vərəqələrindəki etibarlı seçici imzalarının qeydiyyat üçün lazımi saydan az olmasını göstərmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarı qəbul edərkən komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən təqdim olunmuş 494 seçici imzasından 222 imzanın etibarsız hesab edilməsi haqqında rəyinə və 90 imzanın əhəmiyyətli xarakter daşıyan etibarsızlığına əsaslanmışdır.

Araşdırmanın nəticəsi göstərir ki, dairə seçki komissiyası müəyyən edilmiş bütün halları və əsasları öz qərarında dəqiqliklə əks etdirməsə də, göstərilən əsaslarla deputatlığa namizəd T.T.Hüseynovun namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 10 imza vərəqindəki 494 seçici imzası vermiş seçicilərdən 90 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini göstərmiş və həmin imzaların deputatlığa namizəd T.T.Hüseynovun müdafiəsi üçün olduğunu bilməmişlər.

Araşdırma prosesində imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilər qeyd edilən məsələ ilə bağlı dairə seçki komissiyasına ərizə verdiklərini təsdiq etmişlər. Bununla da həmin imzaların etibarsızlığı şübhə doğurmur.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Eyni zamanda Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 28 sentyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, T.T.Hüseynovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan və dairə seçki komissiyasının qərarı ilə etibarsız hesab edilmiş 222 imzadan 56-sı etibarsızdır.

Beləliklə də təqdim edilmiş 494 seçici imzasından 146-sı etibarsız hesab edildiyindən qalan imzalar namizədin qeydə alınması üçün kifayət etmir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 74 saylı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının 24 sentyabr 2015-ci il tarixli 9/23 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hüseynov Tural Telman oğlunun 27 sentyabr 2015-ci il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 74 saylı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının 24 sentyabr 2015-ci il tarixli 9/23 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlansın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

30 Sentyabr 2015, 09:09

http://www.azertag.net

10391—10400 / 10511

21 Yanvar 2014, 09:01

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 845-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Yanvar 2014, 09:01

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 844-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Yanvar 2014, 09:01

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...