Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Arif Yusif oğlu Xəlilov 30 saylı Suraxanı birinci, Sevinc Ağahəsən qızı Həsənova 31 saylı Suraxanı ikinci, Rəşad Vilayət oğlu Məmmədov 97 saylı Goranboy–Ağdam–Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlüyündən azad edilsinlər, 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Adışirin Barat oğlu Kazımov və 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Şəhadət Oruc oğlu Orucovun səlahiyyətlərinə 2015-ci il noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunları təsdiq edilənədək müvəqqəti xitam verilsin.
2. Sevinc Ağahəsən qızı Həsənova 30 saylı Suraxanı birinci, Nailə Balabəy qızı Kərimova 31 saylı Suraxanı ikinci, Arzu Sərdar oğlu Ağayev 78 saylı Lerik, 2015-ci il noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunları təsdiq edilənədək Elşad Şahvələd oğlu Axundov 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Sentyabr 2015, 09:0924 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...