Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur.
Tofiq Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2014-cü il.
18 Fevral 2014, 08:0226 May 2017, 09:05
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
26 May 2017, 09:05
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 662 VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
26 May 2017, 09:05
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 648-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
26 May 2017, 09:05
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 629-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 640-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
26 May 2017, 09:05
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 640-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
26 May 2017, 09:05
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
26 May 2017, 09:05
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...