2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2015-ci il tarixli 01 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Soltanlı Səxavət Şirsoltan oğlu 2015-ci il sentyabrın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək Qobustan rayonunun Xilmilli kəndi ərazisində namizədin müdafiəsi üçün imza toplayan şəxslərə maneçilik törədildiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən ilkin olaraq nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdur. Bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 8.6-cı bəndinə əsasən qərara alır:
1. Deputatlığa namizəd Soltanlı Səxavət Şirsoltan oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2015-ci il tarixli 01 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 50 saylı Abşeron-Qobustan seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21 Sentyabr 2015, 09:0915 Yanvar 2014, 08:01
“ADA” Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Yanvar 2014, 09:01
R.B.Əskərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Yanvar 2014, 09:01
2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Yanvar 2014, 09:01
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 833-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 837-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
28 Dekabr 2013, 09:12
2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı” haqqında ətraflı...