“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85, № 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014, № 9, maddə 1056) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə” üzrə:
1.1. 7.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.3-cü bənd əlavə edilsin:
“7.3. Strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirir.”;
1.2. 8.33-cü bəndə “tarix və mədəniyyət abidələrinin”, 8.34-cü bəndə “təmin etmək” və 9.10-cu bəndə “tədbirlər görmək” sözlərindən əvvəl “Strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə” sözləri əlavə edilsin;
1.3. 8.20-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.20. Strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə:
8.20.1. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işini təşkil etmək;
8.20.2. hər hansı texniki avadanlıq və cihaz tarix və mədəniyyət abidələrinin təhlükəsiz istismarına mane olduqda, təhlükəsiz istismara mane olan halların dərhal aradan qaldırılmasının avadanlıq və qurğu sahibindən aidiyyəti orqanlar tərəfindən tələb edilməsinə razılıq vermək;
8.20.3. təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək olduğu dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə yerinə yetirilən mühafizə tədbirlərinə razılıq vermək;
8.20.4. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması zamanı tikiləcək və təmir ediləcək obyektlərin ehtimal olunan qiymətlərinin müəyyən edilməsini həyata keçirmək;
8.20.5. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrində (bina və qurğularda) bərpa və yenidənqurma işlərini təşkil etməklə bağlı sifarişçi funksiyalarını yerinə yetirmək;
8.20.6. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılıq vermək;
8.20.7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mühafizənin konservasiya dərəcəsi olan daşınmaz mədəni sərvətlərin məhdud dairədə istifadəsinə nəzarət etmək;
8.20.8. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri istisna olmaqla, mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisinin və ya istifadəçisinin səlahiyyətlərini müəyyən edən mühafizə müqavilələrini bağlamaq;
8.20.9. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparılması və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslərdən görülmüş tədqiqat işləri barədə hesabat qəbul etmək;
8.20.10. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət uçotunu aparmaq, bu əmlak barədə texniki məlumatları dəqiqləşdirmək;
8.20.11. qəza vəziyyətinə düşmüş dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini yerinə yetirmədikdə, mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmədə iddia qaldırılmasına razılıq vermək;
8.20.12. mühafizə dərəcəsi tətbiq edilmiş dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;
8.20.13. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işlərinin dərhal dayandırılması barədə məlumatları toplamaq, dərhal dayandırılan tikinti işlərinin davam etdirilməsinə və zəruri tədbirlər görülməsinə razılıq vermək;
8.20.14. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün istifadəyə, o cümlədən icarəyə verilməsinə və özəlləşdirilməsinə razılıq vermək;”;
1.4. 9.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.11. Strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə:
9.11.1 tarix və mədəniyyət abidələrinin təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonasında qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;
9.11.2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazə vermək;
9.11.3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı, bir hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən arxeoloji abidə aşkar olunarsa, həmin zonada inşaat və təsərrüfat işlərinin aparılmasına icazə vermək;
9.11.4. təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisindən və ya istifadəçisindən abidə barədə məlumat almaq;
9.11.5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq subyektlərə tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işlərinin görülməsinə, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək;
9.11.6. dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri, onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək;
1.5. 11-ci hissənin ikinci cümləsinə “aparatının” sözündən sonra “və strukturuna daxil olan qurumların” sözləri əlavə edilsin;
1.6. 14.3-cü bənddə “qurumların və” sözləri “qurumların rəhbərlərini və onların müavinlərini, habelə” sözləri ilə əvəz edilsin;
1.7. 14.7-ci bənddə “yerli və digər qurumların” sözləri “strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Strukturu” aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti.
3. Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələri.
4. Rayon (şəhər) mədəniyyət və turizm şöbələri.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. mehmanxana və mehmanxana tipli obyektlərdə standartlaşma sahəsində normativ hüquqi aktların tələblərinə riayət olunmasının yoxlanılması qaydalarını 3 ay müddətində Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.2. xarici və yerli turistlərin qaldıqları mehmanxanalara, istirahət evlərinə, pansionatlara və digər bu kimi müvəqqəti qalma yerlərinə hüquq mühafizə orqanları işçilərinin, məhkəmə qərarı olmadan, orada yaşayanların iradəsi ziddinə daxil olması hallarının məhdudlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən göstərilən xidmətlərin bir çox hallarda onlara verilmiş ulduz kateqoriyalarına uyğun olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Avropa İttifaqı ölkələrinin təcrübəsindən istifadə etməklə mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarını, yenidən baxılmaqla, 3 ay müddətinə təsdiq etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2015-ci il.
17 Sentyabr 2015, 09:0923 Fevral 2023, 16:02
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Fevral 2023, 16:02
Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2023, 16:02
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
22 Fevral 2023, 16:02
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Fevral 2023, 15:02
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Fevral 2023, 15:02
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Fevral 2023, 15:02
“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Fevral 2023, 15:02
M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Fevral 2023, 15:02
A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Fevral 2023, 14:02
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...