“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”ni “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 22; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 2, maddə 59, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 11, maddə 964; 2011, № 2, maddə 85, № 6, maddə 493) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci, 8.8-2-ci və 8.8-3-cü bəndlər əlavə edilsin:

“8.8-1. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsini və təşviqini təmin edən tədbirlər görür;

8.8-2. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstəyin göstərilməsini və xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin edir;

8.8-3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin edir və fəaliyyətini əlaqələndirir;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2015-ci il.

17 Sentyabr 2015, 09:09

http://www.azertag.net

6431—6440 / 10511

22 Sentyabr 2016, 09:09

Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

22 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

İ.Ə.Zəkiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında   ətraflı...

21 Sentyabr 2016, 09:09

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...