Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 15 sentyabr 2014-cü il tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında 15 sentyabr 2014-cü il tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2015-ci il iyulun 31-də Bakı şəhərində və 2015-ci il iyulun 22-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətini xəbərdar etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2015-ci il.

17 Sentyabr 2015, 09:09

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...