Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılsın.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç ay müddətində:
2.1. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanını yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin;
2.2. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədi ilə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatları elektron formada real vaxt rejimində TSERAS-a ötürülməsini təmin etsin;
2.3. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatların əldə edilməsi imkanını yaratmaq məqsədi ilə müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışını təmin etsin.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi iki ay müddətində:
3.1. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini yaratsın və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışını təmin etsin;
3.2. tibbi-sosial ekspertiza müayinəsinə göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə olunması imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin.
4. Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına tapşırılsın ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki ay müddətində:
5.1. bu Fərmanın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını və həmin resurslardan müvafiq dövlət qurumlarının istifadə imkanını təmin etsin;
5.2. tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin;
6.2. tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydalarını, əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlərin sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini nəzərdə tutmaqla, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin;
6.3. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib, onları bir ay müddətində “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etsin;
6.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2015-ci il.
15 Sentyabr 2015, 09:097 Mart 2014, 09:03
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
7 Mart 2014, 09:03
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsindəəməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında” 1999-cu il 4 iyun tarixli Sazişəəlavə və dəyişikliklər edilməsi barədə” 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə ətraflı...
7 Mart 2014, 09:03
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
7 Mart 2014, 09:03
Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında ətraflı...
7 Mart 2014, 09:03
E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...