2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Ağayev Şakir Pünhan oğlu
Xudaverdiyev David Məmməd oğlu
Mehtiyev Nizami Abas oğlu
İsmayılzadə Nihat İsa oğlu
Cəfərov Hacağa Hacbala oğlu
Nəsibov Damət Dilən oğlu
Almasov Əfqan Əflan oğlu
Fərzəliyev Həsrət Əhməd oğlu
Dadaşov Coşqun Dadaş oğlu
Rzayev Ramin Mirzə oğlu
Bəbirov Namik Qədir oğlu
Məstanov Kamal Əhməd oğlu
Almasov Əflan Əfqan oğlu
Abşarov Abduləziz Abdulla oğlu
Məmmədov Hənif Adil oğlu
Quliyev Mətin Fərəc oğlu
Şıxıyev Elçin Rəhman oğlu
Camalov Səlahəddin Mürsəl oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Əhədli Çingiz Yusif oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
7 Sentyabr 2015, 09:094 Aprel 2014, 08:04
Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
4 Aprel 2014, 08:04
A.S.Dzasoxovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 17:04
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 921-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
3 Aprel 2014, 17:04
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
3 Aprel 2014, 17:04
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 920-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
3 Aprel 2014, 17:04
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 16:04
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 919-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 16:04
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 10:04
Səyahət sənədinin təsviri ətraflı...
3 Aprel 2014, 10:04
Səyahət sənədinin nümunəsi ətraflı...