Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Lütfəli Əmir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.

Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi Lütfəli Abdullayev özünəməxsus təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermiş xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 fevral 2014-cü il.

 

14 Fevral 2014, 09:02

http://www.azertag.net

8771—8780 / 10511

5 Fevral 2015, 09:02

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1164-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1134-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1130-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1140-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Fevral 2015, 09:02

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1135-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

5 Fevral 2015, 09:02

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...