Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək və yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasını daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,8 milyon (beş milyon səkkiz yüz min) manat, o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon (iki milyon səkkiz yüz min) manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat və Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 avqust 2015-ci il.

25 Avqust 2015, 09:08

http://www.azertag.net

8731—8740 / 10511

12 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

12 Fevral 2015, 09:02

“Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə   ətraflı...

12 Fevral 2015, 09:02

Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2015, 09:02

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

11 Fevral 2015, 14:02

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında   ətraflı...

11 Fevral 2015, 14:02

“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

11 Fevral 2015, 14:02

B.H.Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...