Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur.

Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 fevral 2014-cü il.

13 Fevral 2014, 08:02

http://www.azertag.net

10271—10280 / 10511

26 Fevral 2014, 09:02

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

26 Fevral 2014, 09:02

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

20 Fevral 2014, 10:02

"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...

19 Fevral 2014, 17:02

R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Fevral 2014, 08:02

Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Fevral 2014, 09:02

A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında   ətraflı...