“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və preambuladan “dövlət agentliyi və” sözləri çıxarılsın;

1.2. 3-cü hissədə “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilsin;

1.3. 5-ci hissə ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.4.1. 3-cü və 5-ci hissələr ləğv edilsin;

1.4.2. 10.13-cü bənddə “yanında fəaliyyət göstərən qurumların (Agentlik, Xidmət və s.)” sözləri “sisteminə daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

1.4.3. 11.6-cı və 11.7-ci bəndlərdə “Nazirlik yanında yaradılan Dövlət Agentliyi və Dövlət Xidmətləri, habelə Nazirliyin bilavasitə tabeliyində olan qurumlar” sözləri “Nazirliyin sisteminə daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

1.4.4. 11.47-ci bənddə “göstərilməsinə kömək edir” sözləri “göstərilməsini təşkil edir” sözləri ilə əvəz edilsin;

1.4.5. 12.6-cı bənddə “Nazirlik yanında olan Dövlət Agentliyinə və Dövlət Xidmətlərinə, Nazirliyin sisteminə daxil olan müəssisə, idarə və təşkilatlara” sözləri “Nazirliyin sisteminə daxil olan qurumlara” sözləri ilə əvəz edilsin;

1.4.6. 16-cı hissə aşağıdakı redaksiyada verilsin:

“16. Nazirliyin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sairə) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Nazirlik həmin qurumların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir.”;

1.4.7. 17-ci hissədə “yanında olan dövlət agentliyi və xidmətləri” sözləri “strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

1.4.8. 18.4-cü bənddə “Nazirlik yanında olan dövlət agentliyinin və xidmətlərinin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

1.4.9. 18.5-ci bənddə “və bilavasitə tabeliyində olan qurumlarının” sözləri “, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və onların struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.4.10. 18.6-cı bənddə “və yerli orqanlarının rəhbərlərini, nomenklatura uyğun olaraq Nazirlik sisteminə daxil olan müəssisə, idarə və təşkilatların” sözləri “strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların” sözləri ilə əvəz edilsin;

1.4.11. 18.8-ci bənddə “və yerli orqanlarının, habelə səlahiyyətləri daxilində Nazirlik yanında olan agentliyin və xidmətlərin” sözləri “, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların” sözləri ilə əvəz edilsin;

1.4.12. 19-cu hissədə “yanında olan dövlət agentliyinin və xidmətlərinin,” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

1.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə” üzrə:

1.5.1. adında və 1-ci hissədə “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilsin;

1.5.2. 11-ci hissəyə “Baytarlıq” sözündən sonra “Nəzarəti” sözü əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 377; 2000, № 7, maddə 503; 2003, № 10, maddə 585) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2015-ci il.

24 İyul 2015, 09:07

http://www.azertag.net

2441—2450 / 10511

15 Noyabr 2019, 08:11

Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Noyabr 2019, 08:11

“Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Noyabr 2019, 08:11

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Noyabr 2019, 08:11

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1677-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Noyabr 2019, 08:11

Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Noyabr 2019, 08:11

Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Noyabr 2019, 08:11

“Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1676-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Noyabr 2019, 08:11

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu   ətraflı...

15 Noyabr 2019, 08:11

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Noyabr 2019, 08:11

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...