“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 4.8-ci maddəsinə uyğun olaraq, reklam qurğularına texniki tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, reklamı qadağan olunan əmtəələrin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 12.2-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilmədiyini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 21.2-ci maddəsinə uyğun olaraq, qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 25.3-cü maddəsinə və 26.2-ci maddəsinin dördüncü cümləsinə uyğun olaraq, reklama dair texniki şərtlər pasportunun formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 26.6-cı maddəsinə uyğun olaraq, reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 34.4-cü maddəsinə uyğun olaraq, reklam yayımına icazə (razılıq) verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq, reklamın yayımına görə ödənilən haqqın məbləğini hesablama qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 26.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini avtomobil yollarının torpaq sahələrinə münasibətdə həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun 20.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 4.8-ci, 11.2-ci, 12.2-ci, 21.2-ci maddələrində, 25.3-cü maddəsinin birinci və dördüncü cümlələrində, 26.2-ci maddəsinin dördüncü cümləsində, 26.6-cı, 34.4-cü və 35.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 4.7-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;
2.4. həmin Qanunun 6.1.8-ci maddəsində, 26.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon və şəhər icra hakimiyyəti orqanları, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.5. həmin Qanunun 9.2-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 9.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 34.2-ci və 37.0.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;
2.6. həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 25.2-ci maddəsində və 25.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
2.8. həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.9. həmin Qanunun 29.1-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.10. həmin Qanunun 32.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini idman mərc oyunları reklamına münasibətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, lotereya (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamına münasibətdə isə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;
2.11. həmin Qanunun 33.2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;
2.12. həmin Qanunun 33.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 13; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 487; 2005, № 2, maddə 69; 2008, № 1, maddə 8; 2013, № 5, maddə 495, № 6, maddə 650; 2014, № 5, maddə 477) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2015-ci il.
16 İyul 2015, 09:071 May 2014, 09:05
Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında ətraflı...
1 May 2014, 09:05
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında ətraflı...
1 May 2014, 09:05
1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsindəəlavə tədbirlər haqqında ətraflı...
1 May 2014, 09:05
1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında ətraflı...
1 May 2014, 09:05
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə ətraflı...
1 May 2014, 09:05
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 941-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 May 2014, 09:05
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə ətraflı...
1 May 2014, 09:05
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 940-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 May 2014, 09:05
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
30 Aprel 2014, 09:04
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 942-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...